Gənc qız özünü maşının altına atmaq istədi - Bakıda

4,222 oxunub

Bakıda gənc qız özünü avtomobilin qarşısına ataraq öldürmək istəyib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Zığ yolu 22 ünvanının qarşısında Goranboy rayon sakini 1998-ci il təvəllüdlü L.İ. intihar etmək məqsədilə özünü hərəkətdə olan avtomobillərin qarşısına atmaq istəyib. Lakin ətrafda olan şəxslərin koməyi ilə onun hərəkətinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yenizaman.az

.
Təqvim