Yeni Zaman.az saytına Gənc baletmeystr Eyvazlı Səməd Ramin oğlu tərəfindən Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya ünvanlanan təçəkkür məktubu daxil olub. 

Məktubda deyilir:

Hörmətli Mehriban xanım!

Siz, həm birinci vitse-prezident, həm Heydər ƏliyevFondunun prezidenti və həmdə birşəxsiyyət kimi böyük və xeyirxah əməllər sahibisiniz. Məhz Sizin fəaliyyətiniz nəticəsində Heydər Əliyev Fondu bugün artıq dünya miqyasında qəbul olunan birtəşkilata çevrilib. Sizin təşəbbüsünüz və dəstəyiniz sayəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri bərpa olunub. Sizin ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyiniz töhfələr, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətləriniz danılmazdır.

Hörmətli Mehriban xanım!

Azərbaycan klassik baletinin bir gənc nümayəndəsi kimi,mənim müraciətimi dəyərləndirərək, öz ixtisasımı və peşəkarlığımı artırmaq üçün dünyada klassik balet arenasında kifayət qədər nüfüzlu olan Moskva Dövlət Xoreoqrafiya Akademiyasında məşhur balet ustası və müəllimi Anisimov Valeriy Viktoroviçin sinifində ixtisasartırma və təcrübə keçmənin maliyyələşdirilməsinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsinə görə Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sizin və Fondun bununla bağlı çəkmiş olduğu xərcin hədərə getməyəcəyinə, Azərbaycan klassik baletinin dünyada layiqincə təbliğ edəcəyimə, daim öz üzərimdə çalışaraq peşəkar mütəxəssis olacağıma Sizi əmin etmək istəyirəm. Bir daha Sizə həm öz, həm də müəllimim Zaur Fətulla adından dərin təşəkkürümü qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,
Bakı  Xoreoqrafiya  Akademiyasını
nəzdində  kollecin  müdavimi   
Eyvazlı Səməd Ramin oğlu

 

.