Gələn ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə ilə bağlı keçirilən iclasdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz çalışırıq ki, bizim büdcə xərclərimiz hər hansı formada manatın məzənnəsinin dəyərsizləşməsinə xidmət etməsin. Bu baxımdan biz Mərkəzi Bankla birlikdə olduqca əlaqələndirilmiş şəkildə siyasət aparırıq. Onu qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb" - deyə nazir qeyd edib.

.