Azərbaycan dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.
APA-nın məlumatına görə, Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində gələn il üçün məhkəmə və hüquq mühafizə orqanlarına 1 milyard 233 milyon 470 min 726 manat vəsait ayrılması nəzərdə tutulub.
Ayrılacaq vəsaitin 51 milyon 858 min 829 manatı məhkəmə hakimiyyətinə, 945 milyon 791 min 431 manatı hüquq-mühafizə orqanlarına, 58 milyon 96 min 865 manatı prokurorluq, 177 milyon 723 min 601 manatı isə digər kateqoriyalara aid edilməyən xidmətlərə sərf olunacaq.
Qanunvericilik və icra hakimiyyəti orqanlarına ayrılması təklif olunan vəsaitin həcmi açıqlanıb.
Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsində göstərilib.
Dövlət büdcəsindən 2017-ci ildə qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması üçün 556 milyon 339 min 828 manat ayrılması təklif edilir.
2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində təhsil üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 1.859.499.497 manat göstəriıib.
Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı osta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulur.
Müdafiə sektoruna isə ayrılan vəsaitin məbləği 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində gələn il üçün müdafiə sektoruna 1 milyard 615 milyon 359 min 868 manat vəsait ayrılması nəzərdə tutulub.
2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində elmə ayrılması təklif olunan xərclərin məbləği 125.318.640 manat təşkil edir.
Dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 15.043.403 manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.768.799.723 manat, yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5.200.000 manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 290.000.000 manat məbləğində müəyyənləşdirilib.
2017-ci il dövlət büdcəsində bədən tərbiyəsi, gənclər siyasəti və turizmə ayrılması nəzərdə tutulan xərclərin məbləği açıqlanıb.
APA-nın məlumatına görə, bu sahələrə 239 milyon, 475 min, 644 manat (239.475.644,0) vəsait ayrılması təklif ediilib.
Dövlət büdcəsindən gələn il üçün əsas bölmələrə aid edilməyən digər xərclərin də məbləği açıqlanıb.
Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində əsas bölmələrə aid edilməyən digər xərclər üçün 1 milyard 517 milyon 334 min 38 manat vəsait ayrılması nəzərdə tutulub.
Ayrılacaq vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, 20 milyon manatı fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, 1 milyard 477 milyon 334 min 38 manatı isə digər xidmət xərclərinə aiddir.
