Gələn il siyasi partiyalara ayrılacaq maliyyə yardımının həcmi məlum olub.
Bu, Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Sənədə əsasən, 2023-cü ildə siyasi partiyalara 5 milyon manat ayrılacaq.
Qeyd edək ki, siyasi partiyalara verilən maliyyə yardımı “malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “sair xərclər” maddəsində nəzərdə tutulmuşdusa, gələn il dövlət büdcəsində bu yardım “qeyri-dövlət müəssisələrinə subsidiyalar” üzrə nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ildə də siyasi partiyalara 5 milyon manat maliyyə yardımı ayrılıb.
.