2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Gələn il Azərbaycanın icmal büdcəsi 33 milyard manata yaxın olacaq

Gələn il Azərbaycanın icmal büdcəsinin xərclərinin yuxarı həddi 32 906 milyon manat olacaq.

Bu barədə "2022-ci il dövlət büdcəsi haqqında" qanuna istinadən xəbər verir.

Bu, ilkin proqnozla müqayisədə 2,4% çoxdur.

ARDNF gələn il büdcəyə 13 milyard manata yaxın vəsait köçürəcək

2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcəyə 12 710 milyon manat vəsait köçürəcəyi gözlənilir.

Bu, ilkin proqnozla bağlı 7,2% çoxdur.

Gələn il bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq məbləğ açıqlanıb

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq vəsait açıqlanıb.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Həmin layihəyə əsasən, məbləğ 43 890 288,0 manat təşkil edəcək.

2021-ci ildə isə bədən tərbiyəsi və gənclər siyasəti üçün 53 958 941,0 manat xərclənib.

Azərbaycanda gələn il üçün səhiyyə sahəsinə 1,8 milyard manata yaxın vəsait ayrılıb

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 milyard 788 milyon 619 min 634 manat vəsait ayrılıb.

Bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 1 milyon 664 min 544 manatı poliklinikalar və ambulatoriyalara, 171 milyon 143 min 669 manatı xəstəxanalara, 2 milyon 588 min 726 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 613 milyon 222 min 695 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 milyard 125 milyon 674 min 629 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

Azərbaycanda gələn il üçün hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

Bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Belə ki, gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb.

2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyi xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3% azdır, gələnilki büdcə xərclərinin 6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55% azalacaq.

Qaytarılacaq borcun 232 milyon manatı daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1 560 milyon manatı isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.

Gələn il Naxçıvana ayrılacaq dotasiyanın məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsində Naxçıvan MR-na 431,6 milyon manat dotasiya ayrılması nəzərdə tutulub.

Bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək

Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub.

Bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Gələn il Prezidentin ehtiyat fondu 500 milyon manatdan çox olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlara 628 milyon manat vəsait ayrılacaq.

Bu, “2022-ci il dövlət büdcəsi haqqınqa” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bunun 518 milyon manatını Prezidentin ehtiyat fonduna, 110 milyon manatı isə büdcənin özünün ehtiyat fonduna ayrılacaq vəsait təşkil edəcək.

Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılıb.

Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılıb.

Gələn ilin büdcəsindən elm sahəsinə 202 milyon manat ayrılıb

Gələn ilin dövlət büdcəsindən elm sahəsinə 202 790 759,0 manat vəsait ayrılıb.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Qeyd edək ki, qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Azərbaycanda gələn il sosial sahəyə 3 milyard 565 milyon manat ayrılıb

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 565 794 062,0 manat vəsait ayırılıb.

Bunlardan 310 043 606,0 manat sosial müdafiəyə, 5 243 653,0 manat isə sosial təminata xərclənəcək.
 

.