Gədəbəy rayonunda intihar hadisəsi baş verib.


Bu barədə Trend-ə Gədəbəy rayon Prokurorluğundan məlumat verilib.


Hadisə fevralın 16-da rayonun Çalburun kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Bağırov Ceyhun Elxan oğlu özünü yaşadığı evin ikinci mərtəbəsindən asaraq intihar edib.


İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

.