Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) yeni baş katibi vəzifəsinin icrasına başlayıb.

GECF verdiyi xəbərə görə, bu vəzifəyə Mohamed Hamel gətirilib.

O, bu gün vəzifəsinin icrasına başlayıb. M.Hamel əslən Əlcəzairdəndir və GECF nazirlərinin ötən il noyabrın 16-da Boliviyada keçirilən 23-cü toplantısında 2 illik baş katib seçilib.

M.Hamel bu təyinata qədər Neft İxrac Edən Ölkələrin Təşkilatında (OPEK) və Əlcəzair hökumətindən müxtəlif vəzifələrdə çalışıb.

.