Müğənni Manaf Ağayevin doğulduğu Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə səfərinə görə, həbs olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial mediada bu məsələ müzakirə olunmağa davam edir.

Milli Məclisin 84 saylı Füzuli seçki dairəsindəb deputatı Vüqar Bayramov Yenizaman.az-a  bildirib ki, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmaq istəyi anlaşılan olsa da, bu səfərlər mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. “İşğaldan azad olunmuş ərazilərimizə səfərlə bağlı bizə də məcburi köçkünlər  müraciət edirlər".

Deputat deyib ki, məcburi köçkünlər qısa müddətdə kənd və şəhərlərə getmək, öz ata-baba yurdlarını görmək istəyirlər: "Həm görüşlərdə, həm də həmin müraciətləri cavablandıranda vuruğulamışıq ki, hər bir vətəndaşımız yalnız qaydalar və qanunların tələblərinə əməl edərək həmin ərazilərimizə səfər edə bilərlər. Buna görə də, hər bir vətəndaşımızın qaydalar çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər etməsi vacibdir. Son hadisə də ondan xəbər verir ki, qanun hamı üçündür”, - deyə V.Bayramov bildirib.

Deputat qeyd edib ki, artıq Bakı-Şuşa və Bakı-Ağdama marşrutu üzrə avtobuslar təşkil olunub: “Gələcəkdə bu marşrutların çoğrafiyası genişlənəcək”.

 

.