Şimali Kipr Türk Respublikası Cümhuriyyəti (ŞKTC) üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır.

Bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre İstanbulda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Fəzail İbrahimli ilə görüşündən sonra deyib.

Z.Töre üç ölkənin parlamentlərarası əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, may ayında Lefkoşaya Türkiyə və Azərbaycandan parlamentlərarası dostluq qruplarının üzvləri səfər edəcəklər.

“İki qardaş ölkənin parlamentarilərinin qarşıdakı səfərləri “Bir millət, üç dövlət” deyimi nöqteyi-nəzərindən dövlətlərarası əlaqələrin inkişafına töhfə verəcək. ŞKTC, Türkiyə və Azərbaycan enerji, iqtisadi və siyasi sahələrdə imkanlarını birləşdirə bilərlər”, - deyə Şimali Kipr Türk Respublikası Parlamentinin spikeri açıqlayıb.

.