
Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir.
Konsert proqramı şəhərin 1-ci yaşayış məhəlləsindəki parkda təşkil edilib.
Ölkənin tanınmış incəsənət xadimlərinin iştirak etdiyi konserti Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Mədəniyyət Nazirliyinin əməkdaşları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri izləyirlər.
.