
Napoli"nin forvardı Qonsalo İquain Balear adalarında istirahət zamanı azarkeşlə dalaşıb.
Hadisə onun Argentina millisindəki komanda yoldaşı Ezekiel Lavessi ilə səhər tezdən gecə klubunu tərk etdikləri vaxt baş verib. Azarkeş İquaindən avtoqraf xahiş edib, amma futbolçu rədd cavabı verib. "El Mundo Deportivo" yazır ki, azarkeş onun bu hərəkətindən inciyib və qışqırıb: "Sən penaltini vura bilmirsən". Bu zaman ara qarışıb, argentinalı azarkeşə hücum edərək deyib: "Videonu sil, yoxsa sənin başını qoparacam".
İquain Amerika Kubokunun finalında Çili ilə görüşdən sonra penaltilər seriyasında 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməmişdi.(goal.az)
.