
Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019 mövsümünün püşkü atılıb. AFFA-nın inzibati binasında baş tutan mərasimdə yarışda iştirak edəcək 12 komandanın rəqibləri müəyyənləşib.
Komandalar 3 səbətə bölünüb. Birinci səbətdə yer alan "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə" mübarizəyə 1/4 finaldan başlayacaq. Püşk zamanı "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah" ikinci, "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan" və "Ağsu" üçüncü səbətdə yer alıb.
Püşkün nəticələri isə belə olub:
1/8 final
"Ağsu" - "Sabah"
"Şüvəlan" - "Keşlə"
"Sumqayıt" - "Qaradağ Lökbatan"
"Səbail" - Kəpəz"
1/4 final
"Qəbələ" - "Ağsu" / "Sabah"
"Qarabağ" - "Şüvəlan"/ "Keşlə"
"Neftçi" - "Sumqayıt" / "Qaradağ Lökbatan"
"Zirə" - "Kəpəz" / "Səbail"
1/2 final
Ölkə kubokuna dekabrın 6-da keçiriləcək 1/8 final mərhələsinin oyunları ilə start veriləcək. Final görüşü gələn il mayın 19-da olacaq. Yarışda 1/4 finala qədər qalib bir oyunda müəyyənləşəcək. Bu mərhələdən etibarən isə ev-səfər qarşılaşmaları keçiriləcək. Kubokda limit Premyer Liqada olduğu kimidir - 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir.
Qeyd edək ki, Azərbaycan Kubokunda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizionun 4 təmsilçisi mübarizə aparacaq.
.