AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib.

İclasda növbəti mövsümün 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alınıb.

Qərara əsasən, III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

.