Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə qırılan və qırılmayan qol rekordlarının siyahısını təqdim edib.

Bu rekordların ötən əsrdəki rəsmi sahibləri Avropa təmsilçiləri Yozef Biscanla Ferens Puşkaş olsa da braziliyalı əfsanənin qeyri-rəsmi rekordları daha yüksək göstərici ilə ölçülür. Bu ilin arxada qalan hissəsində Lionel Messi 2, Kriştiano Ronaldo 1 rekordunu Peledən “oğurlayıb”. Bu rekordlar təxminən yarım əsr yaşayıb.

Yalnız iki rekord hələlik əlçatmazdır.

Bir klubda qol
Əvvəlki rekord: 
Yozef Biscan (Çexoslovakiya) – 541 
Pele: 645 (22.03.1969)
Yeni rekord: Lionel Messi (Argentina) – 667 (06.01.2021)
Rekordun müddəti: 51 il 310 gün

Ümumi qol
Əvvəlki rekord: 
Ferens Puşkaş (Macarıstan) – 729
Pele: 765 (29.06.1975)
Yeni rekord: Kriştiano Ronaldo (Portuqaliya) – 773 (27.02.2021)
Rekordun müddəti: 45 il 243 gün

Bir liqada qol
Əvvəlki rekord:
 Yozef Biscan (Çexoslovakiya) – 441
Pele: 468 (11.04.1971)
Yeni rekord: Lionel Messi (Argentina) – 469 (22.04.2021)
Rekordun müddəti: 50 il 11 gün

Daxili yarışlarda qol
Əvvəlki rekord: 
Yozef Biscan (Çexoslovakiya) – 647
Pele: 661 (15.05.1977)

Liqada qol
Əvvəlki rekord: 
Yozef Biscan (Çexoslovakiya) – 518
Pele: 606 (02.08.1972)

.