ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq prezident Donald Trampın evində axtarış aparıb.
Bu barədə Tramp özü məlumat verib.
“Bu elan edilməmiş axtarış üçün heç bir zərurət yox idi” – deyə keçmiş prezident bildirib.
FTB sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub.
Bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.
1978-ci ildə qəbulı edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.
.
