Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Ursula fon der Leyenin 2027-ci ildə Almaniya prezidenti postuna namizədliyini nəzərdən keçirir.

Bu barədə “Der Spiegel” jurnalı hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ursula fon der Leyenin namizədliyinin irəli sürülməsi CDU üçün tarixi addım ola bilər. Beləliklə, partiya həm ölkənin ilk qadın kansleri (Angela Merkel), həm də ilk qadın prezidentini tarixə qazandıran siyasi qüvvə kimi yadda qala bilər.

Avqustun 24-də Almaniya hökumətinin təşkil etdiyi açıq qapı günündə çıxış edən Merz qadının prezident seçilməsini mümkün hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, hazırkı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin səlahiyyət müddəti 2027-ci ilin martında başa çatır.

.