
Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
“Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə qədər olmaqla özümüzü müdafiə etməyə qadir bir formaya gəlib çıxmalıyıq”, - Baş nazir vurğulayıb.
Frederiksen Avropanın son 30 ildə öz hərbi xərclərini azaltmasını tənqid edib və bunu böyük səhv adlandırıb.
.