
"Avropa İttifaqı hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək”.
"İnterfaks”ın verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland deyib.
"Avropa İttifaqının sammitində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunmadı, çünki Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində işlər davam edir”, deyə o vurğulayıb.
Fransa prezidenti sanksiyaların yumşaldılması və ya ləğvinin Ukraynanın şərqindəki vəziyyətdən asılı olacağını qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqının sammitində Krıma (Sevastopol şəhəri daxil olmaqla) qarşı sərmayə, xidmət və ticarət sahələrində əlavə sanksiyaların tətbiq haqqında qərar qəbul olunub. Sanksiyalar sabahdan qüvvəyə minəcək.
.