Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna sentyabrın 5-də Türkiyəyə işgüzar səfər edəcək.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər, eləcə də Türkiyənin Avropa İttifaqına üzvlük prosesi, aktual regional və beynəlxalq məsələlərin müzakirə olunması nəzərdə tutulur.

.