Fransanın keçmiş prezidenti Nikolya Sarkozi saxlanılıb.

"Reuters" xəbər verir ki, N.Sarkozi prezident seçkiləri zamanı siyasi kampaniyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.

Məlumata görə, o, hazırda polis tərəfindən dindirilir.

Eks-prezident öz seçki kampaniyası üçün Liviyadan qeyri-qanuni vəsaitlərin cəlb edilməsi ilə bağlı dindirilir.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
.