
Fransa münaqişənin həlli ilə bağlı ABŞ və Ukraynanın mineral ehtiyatlara dair danışıqlarının bir hissəsi olmaq istəyir.
Bunu ölkənin müdafiə naziri Sebastyen Lekornu deyib.
“ABŞ və Ukrayna arasında bu razılaşmanın bağlanması lazımdır. Ancaq bilməlisiniz ki, mən özüm ukraynalı həmkarımla müdafiə sektoruna olan ehtiyaclarımızı müzakirə edirəm. Müdafiə sənayemizin resurslara ehtiyacı olacaq. Mən Fransa Prezidentindən xahiş etdim ki, biz də ukraynalılarla müzakirələrə girək”, - o bildirib.
“The Economist” nəşri yazır ki, Ukrayna və ABŞ arasında gələcək saziş nəzarət və təhlükəsizlik zəmanətləri məsələlərinə aydınlıq gətirməlidir.
.