Fransa polisi son 3 gündə ölkəni bürümüş iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb.
Bu barədə brifinqdə Fransanın daxili işlər naziri Cerald Darmanin jurnalistlərə bildirib.
"Hüquq-mühafizə orqanları prosesdə fəal iştirak edib. Üç gün ərzində 3,2 min nəfər saxlanılıb və bu, görünməmiş rəqəmdir", - o deyib.
Nazir saxlanılanların orta yaş həddinin 17 olduğunu qeyd edib.
"Saxlanılan 3,2 min şəxsdən 60%-nin əvvəllər qanunla bağlı heç bir problemi olmayıb", - nazir vurğulayıb.
.
