Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.

Xarici mətbuat xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyiblər.

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
.