Fransada parlament seçkilərinin ikinci mərhələsinin rəsmi nəticələri məlum olub.

Fransa DİN bütün bülletenlərin sayıldığını bildirib.

Rəsmi nəticəyə görə hakim “Ensemble!” koalisiyası Milli Assambleyada 225 yer qazanıb. Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) 131 səslə əsas müxalifətçi qrupa çevrilib.

İfrat sağçı Milli Cəbhə partiyası 89 yerə sahib olub. Bu, partiyanın tarixində ən yüksək göstəricidir.

Respublikaçılar 61 yer qazanıb.

Digər solçu qruplar isə 22 yerə sahib olub.

Bundan başqa, regionçular və digər sağçı qruplar hər biri 10, mərkəzçilər isə 4 deputat mandatı əldə edib. İfrat sağçı “Reconquête!” partiyasının heç bir namizədi parlamentə keçə bilməyib.

.