Fransanın cənub-qərbində avtobusla yük maşının toqquşması nəticəsində ölənlərin sayı 42-yə çatıb.
"Report" xəbər verir ki, bu rəqəmi yerli "İ-tele" telekanalı yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında ölkənin Liburn şəhəri yaxınlığında Jirond rayonunda baş verib.
Sürət həddini aşan avtobusla yük maşını toqquşub. Nəticədə yanğın başlayıb. Sərnişinlərin çoxu yanğına görə avtobusun salonunu tərk edə bilməyərək, həlak olublar.
Məlumata görə, ölənlərin çoxu ekskursiyaya gedən yaşlı insanlardır. Səkkisz nəfər sağ qalıb.
Xəbərdə bildirilib ki, qəza baş verən yerdə yanğınsöndürmə və xilasetmə xidmətinin 60 əməkdaşı işləyir.

*** 12:01
Fransanın cənub-qərbində baş verən yol qəzası nəticəsində 39 nəfər ölüb.
"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Polis araşdırma aparır.
.