Paris məhkəməsi Amerikanın "Əpl” şirkəti haqqında istintaq işi açılıb.

Məhkəmədən verilən açıqlamada "Ayfon” markalı telefonların köhnə modellərinin bilərəkdən yavaşladıldığı, buna görə də istifadəçilərin şikayət etdiyi bildirilib.

Açıqlamada, həmçinin, bildirilib ki, "Əpl” müştəriləri şirkətin hiylə işlətməsini iddia ediblər.

Qeyd edək ki, "Əpl” köhnə model telefonların sürətinin bilərəkdən yavaşladıldığını etiraf etmiş və buna görə istifadəçilərdən üzr istəmişdi. Şirkət haqqında eyni səbəbdən daha bir neçə ölkə də məhkəmə prosesi başlatmış və təzminat tələb etmişdi.

.