
Diplomatik missiyası başa çatan Fransanın səfiri Ann Buayon Azərbaycanı tərk edib.
Bu barədə diplomat sosial mediada paylaşım edib.
"Missiyamın sonunda fantastik komandadan ayrılıram. Yeni səfir Sofie Laquta Fransa-Azərbaycan münasibətlərinə və regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə müvəffəqiyyətlər arzulayıram", - Ann Buayon vurğulayıb.
Qeyd edək ki, Ann Buayonın Azərbaycandakı diplomatik missiyası başa çatıb. Sofie Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.
.