Fransa prezidenti Fransua Olland aktrisa Culie Qeytlə gizli eşq məcarası üzə çıxdıqdan sonra Valeri Triyerveyle əlaqələrinə birdəfəlik son qoyub. Fransa dövlət başçısı artıq keçmiş sevgilisinin Prezident Sarayına daxil olmasına da qadağa qoyub.
Yerli mətbuatın yazdığına əsasən, Fransua Ollandın sevgilisi barədə xəbər aldıqdan sonra xəstəxanaya yerləşdirilən Valeri bir neçə gündən sonra Versailles iqamətgahına daxil olarkən problemlə üzləşib. Fransua Ollandın göstərişi əsasında onun məkana daxil olmasına icazə verilməyib.
Məlumat üçün bildirək ki, Fransa prezidenti heç vaxt rəsmən ailə qurmayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda Fransua Oland özündən 10 yaş kiçik olan jurnalist Valeri Triyerveylerlə vətəndaş nikahındadır.
.