Paris polisi paytaxtda və qonşu departamentlərdə qarşıdan gələn gecə üçün asayişi qorumaq məqsədilə dronlardan istifadəyə icazə verib.

Bu barədə idarənin “Twitter” səhifəsində dərc olunmuş məlumatda deyilir.

“Prefekturanın sərəncamı Parisdə, 92-ci departamentin bəzi kommunalarında, həmçinin 93-cü departamentdə bu gecə saat 18:00-dan (Bakı vaxtı ilə 20:00) bazar ertəsi səhər saat 06:00-a (Bakı vaxtı ilə 09:00) qədər dronlardan istifadə edərək şəkillərin çəkilişinə, baş verənlərin qeydə alınmasına və ötürülməsinə icazə verir”, - məlumatda bildirilir.
 

.