Fransa ordusu Rusiyanın kölgə donanmasına aid olduğu ehtimal edilən tankerdə iki heyət üzvünü həbs edib.

Bu barədə “Politico” Fransa mediasına istinadən məlumat yayıb.

Məlumata görə, bu tanker ötən həftə Danimarka hava məkanında nəmalum piltosuz üçüş aparatlarının (PUA) uçuşları ilə əlaqəli ola bilər.

Fransa hərbçiləri Benin bayrağı altında üzən və “Boracay” adlanan tankeri yoxlayıblar. Gəmi, iddialara görə, Rusiya tərəfindən Avropa İttifaqının sanksiyalarından yayınmaq məqsədilə istifadə edilə bilər.

Yerli mənbələr bildirir ki, bu tanker ötən həftə Kopenhagendə keçirilən Aİ liderləri sammiti ərəfəsində Danimarka ərazisində müşahidə olunan PUA-ların buraxılması üçün platforma kimi istifadə edilə bilərdi.

Gəmi Baltik dənizindəki Rusiyanın Primorsk limanından yola çıxmışdı.

.