Fransada həbs olunan Moskvaətrafı vilayətin sabiq maliyyə naziri Aleksey Kuznetsov ölkəsinə ekstradisiya ediləcək. Məhkəmənin çıxardığı qərara əsasən, rusiyalı məmur yaxın günlərində ölkəsinə mühakimə edilmək üçün veriləcək.
Aleksey Kuznetsov 2008-ci ildə vəzifədə ikən korrupsiya, dövlət əmlakını mənisəmək və fırıldaqçılıqda ittiham olunur. Sabiq maliyyə naziri müavini Valeri Nosovla birgə büdcəyə 3,5 milyard rubl ziyan vurmaqda da təqsirli sayılır.
.