
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo, Prezident Emmanuel Makronu Üçüncü Dünya Müharibəsini başlatmaq istəməkdə ittiham edib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Florian Filippo, sosial şəbəkədəki paylaşımında, Makron və digər Avropa liderlərinin yeni bir dünya müharibəsi başlatmaq istədiklərini iddia edib. O, "Onları dayandırmaq üçün hələ vaxt var: fransızlar, oyanın!" deyə çağırış edib.
Əvvəllər Prezident Makron, Avropanın Rusiya razılığı olmadan Ukraynada hərbi kontingent yerləşdirə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Avropa ölkələri "təlim proqramlarını həyata keçirmək və uzunmüddətli dəstəklərini göstərmək üçün" əsas bölgələrə "bir neçə min nəfər" göndərməyi planlaşdırır.
.