Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Olimpiya məşəlinin estafetinə 32 müdaxilə cəhdinin qarşısını alıblar.

Bu barədə Fransanın daxili işlər naziri (DİN) Jerald Dermanen “X” sosial şəbəkəsində paylaşım edib.

“Estafeti pozmaq üçün edilən 32 müdaxilə cəhdinin qarşısı alınıb, 20 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Biz təhlükəsizliyi təmin etmək üçün səy göstərməyə davam edəcəyik”,- paylaşımda qeyd edilib.

Məlumata görə, Olimpiya məşəli mayın 8-də Marsel şəhərinə çatdırılıb.

Qeyd edək ki, marafon ölkə boyu, iki aydan çox davam edəcək və iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.

 

.