Fransanın Marsel beynəlxalq hava limanında terror həyəcanı yaşanıb.
 
Publika.az xarici mediaya istindən xəbər verir ki, hava limanı ərazisində tapılan şübhəli əşyaya görə aeroportdakı insanlar binadan çıxarılıb.
 
Həmin an hava limanındakı sərnişinlərin əksəriyyəti Almaniya-Fransa futbol oyununu izləmək üçün Marselə gələnlər olub.
 
Yoxlama zamanı şübhəli əşyanın bomba olmadığı dəqiqləşdirilib. Sonra hava limanı fəaliyyətini davam etdirib.
 
Qeyd edək ki, Marsel şəhərinə 27 km məsafədə yerləşən sözügedən hava limanı sərnişin qarşılanmasına görə Avropanın sayca 5-ci ən böyük aeroportudur.

.