“Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaq”.

Bu, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda əksini tapıb.

Frank-Valter Ştaynmayer qeyd edib ki, çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı var: “Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik”.

.