Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

"Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 902; 2012, № 12, maddə 1300; 2018, № 12 (I kitab), maddə 2650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

.