Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə, Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev F.Ə.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

.