Finlandiya-Rusiya sərhədində iki keçid məntəqəsi açılıb.
Bu barədə “RİA Novosti“ məlumat yayıb.
Məlumatda deyilir ki, keçid məntəqələri bu gün səhərə yaxın açılıb. Söhbət Vaalimaa və Niirala keçid məntəqələrindən gedir. Vaalimaa sutkanın 24 saatı, digəri isə hər gün səhər saat 8-dən axşam 8-ə qədər fəaliyyət göstərəcək. Ölkələr arasındakı digər sərhəd-keçid məntəqələrinin bağlı qaldığı bildirilib.
Qeyd edək ki, Finlandiya Nazirlər Kabineti 12 dekabrda Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin açılacağını elan edib.
.
