Finlandiyanın müdafiə naziri Antti Kaikkonen dünyanın yeni soyuq müharibənin başlanğıcında olduğunu deyib.
O, bu barədə "Ekspress"ə müsahibəsində deyib.
"Beləliklə, biz çox uzun bir yeni soyuq müharibənin başlanğıcındayıq. Moskva ilə Aİ-nin NATO ilə münasibətləri çox uzun müddət pis olacaq", - nazir bildirib.
Nazir qeyd edib ki, münaqişəyə son qoyulmasına nail olmaq lazımdır, lakin bu, indi şübhə altındadır.
.
