Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO üzvləri ilə danışıqlar aparır.

 “RBC-Ukraine” portalının xəbərinə görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.

O deyib ki, hətta real təhlükə olmasa belə bu məsələ aktuallığını qoruyur. Nazir bildirib ki, əsas məqsəd böhran vəziyyətlərində operativ reaksiyanın təmin olunmasıdır:

"Bir neçə Avropa ölkəsi ilə analoji səpkili müzakirələr aparılsa da, təfərrüatları açıqlamaq istəmirəm. Danışıqların əsas məqsədi Finlandiyanın təhlükəsizliyini təmin edəcək dövlətləri müəyyən etməkdir. Bu isə Kollektiv Müdafiə Haqqında Razılaşmanın 5-ci bəndinə tamamilə uyğundur”.

Nazirin sözlərinə görə, Finlandiya hökuməti hazırda müttəfiqləri ilə sərhədyanı bölgələrdə birgə təlimlərin keçirilməsini müzakirə edir.

.