"Reuters" agentliyinin verdiyi məlumata görə, Filippin polisi İtaliyanın Türkmənistandakı səfiri Daniel Bosionu saxlayıb. İtaliyalı diplomat insan alverində ittiham edilib.
Məlumata görə, 46 yaşlı Daniel Bosio Filippində məzuniyyətini keçirərkən uşaq alveri ilə məşğul olub. İtalyan diplomat ittihamları qəbul etməsə də, onun barəsində istintaq başladılıb.
.