FIFA müxtəlif konfederasiyalardan 4 ölkənin iştirakı ilə turnir keçirəcək.

Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

52 yaşlı funksioner bildirib ki, "FIFA World Series" adlanacaq turnirin cüt rəqəmli illərdə - martda beynəlxalq fasilə zamanı - təşkili planlaşdırılır.

"Müxtəlif qitələrin komandaları arasında görüşlərin daha müntəzəm keçirilməsi vacibdir. Belə bir fikir razılaşdırılıb və işlənərək hazırlanıb", - İnfantino əlavə edib.

.