Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni ofsayd qaydası üzərində işləyir.

Bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.

Yeni qaydaya görə, ofsayd vəziyyəti yalnız hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqibin qapısına yaxın olduqda təyin olunacaq. Hücum edən oyunçunun bədəninin bir hissəsi müdafiəçi ilə eyni xətdə olarsa, ofsayd nəzərə alınmayacaq.

Dəyişikliyin yaxın vaxtlarda Hollandiya, İtaliya və İsveçin aşağı liqalarında sınaqdan keçirilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliklərin təşəbbüskarı FIFA-nın qlobal futbol departamentinin rəhbəri Arsen Vengerdir.

.