FİFA DÇ-2018 üçün Rusiyaya ödənişləri dayandırıb.
Bunu Rusiya Futbol İttifaqının inkişaf üzrə direktoru Maksim Mitrofanov açıqlayıb.
O bildirib ki, 70 milyon dolların ödənilməsi dayanıb: “Biz FİFA-dan 100 milyon dollar almalıyıq. Ümumi vəsaitin 30 faizi ödənilib. FİFA-nın mövqeyi ödənişlərin dayandırılmasından ibarətdir. Amma ödənilşlər ləğv edilməyib”.
Qeyd edək ki, Fransanın çempion olduğu DÇ-2018 Rusiyanın 11 şəhərində keçirilib.
.