FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir.

Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino IFAB-nin illik ümumi yığıncağından sonra təşkil olunan mətbuat konfransında deyib.

Funksioner bildirib ki, yeni qaydalar hücum edən komandalara daha çox üstünlük verəcək. İnfantinonun sözlərinə görə, FIFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri olan Arsen Venger məsələ ilə bağlı bəzi ideyalar təqdim edib.

Qeyd edək ki, IFAB bu gün futbolda yeni qaydaları təsdiqləyib.

.