Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura seminar keçib.
Yenizaman xəbər verir ki, o, AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək, Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.
İnteraktiv şəkildə təşkil olunan liderlik mövzusunda olan seminarda F.Samoura ona ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıb.
.