“Qarabağ”ı 2021/22 mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”.

Bu barədə FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda “Qarabağ”ın Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrikini çatdırarkən bildirib.

İsveçrəli funksioner məktubunda bunları vurğulayıb: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə qazanmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.

İnfantino eyni zamanda AFFA prezidentinə də təşəkkürünü bildirib: “Sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”.

.