FİFA 2014-cü ili ən yaxşı məşqçisi mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ilin ən yaxşısı adına 3 çalşdırıcının adı göstərilib.
Bunlar ötən mövsüm "Real”la Çempionlar Liqasının qalibi olan italiyalı Karlo Ançelotti, Almaniya millisini dünya çempionu edən Yoahim Löv və 2013/2014 mövsümündə həm ÇL-də final oynayan, həm də İspaniya La Liqasını qazanan "Atletiko”nun baş məşqçisi Dieqo Simeonedi.
Bu "üçlük” oktyabrın 27-də açıqlanan ilkin 10 nəfərlik siyahıdan seçilib. Onlar arasında ən yaxşısı isə 2015-ci il yanvarın 12-də bəlli olacaq.
.