FİFA DÇ-2022-nin yerinin dəyişdirilməsi variantına münasibət bildirib.
Ali futbol qurumunun nümayəndəsi koronavirus pandemiyası səbəbindən dünya çempionatının ev sahibliyinin Qətərdən alınacağı ilə bağlı suallara cavab verib.
FİFA rəsmisi virusla bağlı problemin həll olunacağına inandıqlarını söyləyib: "Dünya futbol ictimaiyyəti əla əməkdaşlıq, həmrəylik və birlik ruhunu nümayiş etdirdi. Bunun sayəsində FİFA koronavirus pandemiyasının futbola təsirini azaltmaq üçün federasiyalar və digər qurumlarla əməkdaşlıqda həll yollarının tapılacağına əmindir".
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının 21 noyabr - 18 dekabr tarixləri arasında baş tutması nəzərdə tutulub.
.